1. Hiyləgər, kələkbaz, çoxbilmiş, fırıldaqçı, dolandırıcı.
2. Oğru, cibkəsən, evyaran.
3. Xilafət dövründə daimi sənət və peşəsi olmayan, təsadüfi işlərlə güzəran keçirən adamlara deyilirdi. (“Koroğlu” dastanının lüğəti)
Onlardan silahlı dəstələr düzəldilir, asayişi bərpa etmək üçün istifadə edirlərmiş.
Qara pəhləvan yaman güclü, həm də yaman əyyar idi. (“Koroğlunun Ərzurum səfəri”)
*
Aslan kimi mərd meydanda dururdum,
Hər tərəfə misri qılınc vururdum,
Əsgərləri, paşaları qırırdım,
Namərd əyyar dərman səpdi üstümə.
(“Koroğlunun Ərzurum səfəri”)
*
Deyirlər ki, Koroğlu nə qədər iyid, mərd idisə, bir o qədər də əyyar idi. Yeri gələndə özünü başqa qılığa salıb düşməni aldadırdı. (“Koroğluynan Bolu bəy”) (İ.A., B.A.)